13 may 2011 - 19:30

Müşavirədən qayıdan hakimlər Höccətul İslam Azər Cəbiyevi 4 il müddətində azadlıqdan məhrum edib

Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mayın 12-də Gəncə şəhərinin Nizami Rayon Məhkəməsində din alim Höccətul İslam Azər Cəbiyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu barədə din alimin vəkili Elçin Namazov məlumat vermişdi. VəkiL bildirmişdi ki, dövlət ittihamçısı Höccətul İslam Azər Cəbiyevə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası istəyib.

Qeyd edək ki, mayın 13 Gəncə sakinlərindən redaksiyamıza daxil olan məlumata görə, müşavirədən qayıdan hakimlər şərlənmiş Höccətul İslam Azər Cəbiyevi 4 il müddətində azadlıqdan məhrum edib. Azər Cəbiyev  Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə şərlənmişdir.

Xatırladaq ki, gəncəli ruhanilərdən digəri Höccətul İslam Fəxri İlyasovun məhkəm prosesi isə, bu gün keçirilməli idi. Fəxri İlyasov da eyni maddə ilə şərlənilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır