Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikası Əxlaq Təhlükəsizliyi Polisinin rəisi Əhməd Ruzbehani mayın 9-da jurnalistlərə açıqlamasında bildirib: “Bəziləri güman edir ki, polisin hicabsızlığa qarşı fəaliyyəti dayandırılıb. Halbuki belə deyil. Müəyyən ləngimə ola bilər, ancaq mübarizə dayanmayıb”.
O deyib ki, bu il əxlaq təhlükəsizliyi layihəsini həyata keçirmək üçün polisin fəaliyyəti daha da gücləndiriləcək, layihənin reallaşdırılmasında 70 min polis əməkdaşı iştirak edəcək: “Avtomobillərin içində başıaçıq gəzən qadınların avtomobilləri saxlanılacaq, özləri isə polis bölmələrinə cəlb ediləcəklər. Polisin küçə və meydanlarda, parklarda, əyləncə mərkəzlərində və digər ictimai yerlərdəki nəzarəti də gücləndiriləcək”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır