Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: 1992-ci il mayın 8-i düz 17 il əvvəl Ermənistan ordusunun əsgərləri, Şuşanı işğal etdi. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə kecməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırıldı. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail oldular.
Şuşanın işğal ilə əlaqədar bu gün Azərbaycanda və ölkə xaricində bu günlə əlaqədar olaraq müxtəlif anım tədbirləri keçirilir. Bu günlə əlaqədar olaraq Azərbaycan İslam Partiyasının funksionerləri “Şəhidlər Xiyabanını” ziyarət edib. Ziyarətdə AİP sədri Elçin Manafov, müavinləri və partiya üzvləri iştirak ediblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır





