Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
8 may 2011 - 19:30
Xəbər kodu: 240706
Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mayın 5-də Çinin Sıçuan əyalətində qeyri-adi uşaq dünyaya gəlib. Rusiya KİV-i qız uşağının iki başı olduğunu bildirib. Maraqlıdır ki, uşağın anası hamiləlik dövründə 3 dəfə ultrasəs müayinəsindən keçsə də, həkimlər ona bətnindəki uşağın normal olduğunu deyib. Yerli mətbuat yazır ki, yaşadıqlarından şoka düşmüş valideynlər körpədən imtina edib. Həkimlər bildirir ki, körpənin 2 onurğası, 2 qida borusu, 1 ürəyi var. Odur ki, siam əkizlərinin ayrılması mümkünsüzdür.


