Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yevlaxda Cümə namazından sonra həbs edilən rayonun fəal dindarı, imam camaat Hacı Ramin Quliyev bu gün azad edilib.
Bu barədə İslam-Azeri.az İnternet qəzetinə onun yaxınları məlumat verib.
Məlumatda bildirilir ki, o 1 sutka DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb.
Bu gün isə o günortadan sonra azad edilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır