6 may 2011 - 19:30

Yevlaxda cümə namazından sonra rayonun fəal dindarı, imam camaat Hacı Ramin Quliyev polis bölməsinə aparılıb

Əhli Beyt - ABNA - xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yevlaxda cümə namazından sonra rayonun fəal dindarı, imam camaat Hacı Ramin Quliyev polis bölməsinə aparılıb. Bu barədə  Yevlax sakinləri məlumat verib.

Hacı Ramin Quliyevin yaxınları Daxili İşlər Nazirliyinə və Prokurorluğa müraciət etsə də onunla bağlı heç bir məlumat əldə edə bilməyiblər.

İlkin ehtimallara görə, Hacı Ramin Bakıda Təhsil Nazirliyi qarşısında keçirilən dünənki aksiya ilə bağlı saxlanılıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır