5 may 2011 - 19:30

Yevlaxda cümə namazından sonra rayonun fəal dindarı, imam camaat Hacı Ramin Quliyev polis bölməsinə aparılıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yevlaxda cümə namazından sonra rayonun fəal dindarı, imam camaat Hacı Ramin Quliyev polis bölməsinə aparılıb. Bu barədə  Yevlax sakinləri məlumat verib.

 

Hacı Raminin saxlanılması haqda polis tərəfindən heç bir məlumat verilməyib.

 

İlkin ehtimallara görə, Hacı Ramin Bakıda Təhsil Nazirliyi qarşısında keçirilən bu günkü aksiya ilə bağlı saxlanılıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır