Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mayın 6-da Təhsil Nazirliyinin qarşısında orta məktəblərdə hicabın qadağan edilməsinə qarşı dinc aksiya keçirilmişdir. Aksiyaçılar hicabın qadağasına qarşı şüarlar səsləndirmişlər. Aksiyanın dinc xarakterli olmasına baxmayaraq, polis onlara qarşı zorakılıq etmiş, çoxlu sayda insanı həbs etmişdir. Böyük sayda insana qarşı qeyri-insani rəftar tətbiq edilmiş, zorakılıq göstərilmişdir.
Hüquq müdafiəçisi Səadət Bənənyarlı baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Çox təəssüf ki, bu aksiyanın dağıdılması zamanı polisin tətbiq etdiyi güc - adekvat olmayıb. İnsanlarla belə rəfatrın olması davam edir, zorakılıq yenə də qalmaqdadır. Aksiyaçılar öz sözlərini deməyə çıxmışdılar. Onarın sözünə qulaq asmaq lazım idi. Onlara qarşı belə güc təbiq edilməsi düzgün deyil".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır