Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mayın 6-da Təhsil Nazirliyinin qarşısında orta məktəblərdə hicabın qadağan edilməsinə qarşı dinc aksiya keçirilmişdir. Aksiyaçılar hicabın qadağasına qarşı şüarlar səsləndirmişlər. Aksiyanın dinc xarakterli olmasına baxmayaraq, polis onlara qarşı zorakılıq etmiş, çoxlu sayda insanı həbs etmişdir. Böyük sayda insana qarşı qeyri-insani rəftar tətbiq edilmiş, zorakılıq göstərilmişdir.
İctimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Çox təəssüf edirəm ki, bu gün Azərbaycan hakimiyyəti daha bir qanunsuzluğa əl atdı. Hakimiyyətin borcu xalqı dinləməkdir, döymək deyil. Bu gün dinc piket keçirən dindarlara qarşı baş vermiş zorakılığı, qəddarlğı, həbsləri kəskin şəkildə pisləyirəm. Azərbaycanda hər bir kəsin sərbəst toplaşmaq, öz fikirləni hökumətə çatdırmaq imkanları olmalıdır. Ona görə də bizim İctimai Palata olaraq əsas tələblərimizdən biri də, xalqın bütün təbəqələri üçün sərbəst toplaşmaq azadlığının təmin olunmasıdır".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır