Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mayın 6-da Təhsil Nazirliyinin qarşısında orta məktəblərdə hicabın qadağan edilməsinə qarşı dinc aksiya keçirilmişdir. Aksiyaçılar hicabın qadağasına qarşı şüarlar səsləndirmişlər. Aksiyanın dinc xarakterli olmasına baxmayaraq, polis onlara qarşı zorakılıq etmiş, çoxlu sayda insanı həbs etmişdir. Böyük sayda insana qarşı qeyri-insani rəftar tətbiq edilmiş, zorakılıq göstərilmişdir.
İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat partiyasının sədri İsa Qəmbər baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Baş verən hadisədə məsuliyyət tamamilə hakimiyyətin üzərindədir. Hakimiyyət hər iki cəhədən məsuliyyət daşıyır: əvvəla, hicabla bağlı yaranmış məsələdə aydın bir şəkildə cəmiyyətdə diskussiya təşikil edib, şəffaf bir müzakirələr aparıb məsələni həll etməyə cəhd göstəmir, əskinə cəmiyyətdə qarşıdurma yaradır. İkincisi, insanların sərbəst toplaşma azadlığını kobud şəkildə pozmasına və zorakılığa görə məsuliyyət daşıyır.
Biz Müsavat Partiyası olaraq, bu zorakılıqlara, ifadə azadlığını, etiqad azadlığını kobud surətdə pozmasına qarşı etirazımızı bildiririk və hakimiyyətdən buna son qoyulmasını tələb edirik".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır