3 may 2011 - 19:30

Mayın 3-də Fələstinin iki rəqib təşkilatı – “Fəth” və “Həmas” arasında Misir paytaxtı Qahirədə milli barışıq və ümumi hakimiyyət orqanlarının yaradılması haqda saziş imzalanıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Saziş bitərəf peşəkarlardan ibarət vahid texnokratlar hökumətinin yaradılmasını, həmçinin müqavilənin imzalandığı andan bir il ərzində parlament seçkisi keçirilməsini və Fələstin Muxtariyyəti rəhbərinin seçilməsini nəzərdə tutur. Yeni müqaviləyə əsasən, seçkiqabağı kampaniyanı və səsvermə prosesini iki təşkilatın yaratdığı 12 nəfərlik müstəqil tribunal izləyəcək.

Yeni sazişlə təhlükəsizlik sahəsində status-kvo dəyişməyəcək: “Fəth” bölmələri Qərb sahilinə, “Həmas” isə Qəzza sektoruna nəzarət edəcək.

Razılıq Misir lideri Hüsnü Mübarək devrildikdən sonra ədavət aparan Fələstin təşkilatlarını barışdırmağa çalışan Misirin yeni hakimiyyətinin vasitəçiliyi ilə əldə olunub. 1981-ci ildən Misirə rəhbərlik edən Hüsnü Mübarək fevralın 11-də istefa verib.

Qeyd etmək lazımdır ki, Fələstinlilərin belə uğurlara nail olmaları işğalçı İsrail rejimini gərgin vəziyyətə salmışdır.

Siyonistlərin ağır günləri hələ qabaqdadır!

Ey iman gətirənlər! Əgər Allaha kömək etsəniz Allah da sizə kömək edəcək və sizi (tudduğunuz haqq yolunda) möhkəm qərar verəcək. (Sürə-Muhəmməd. Ayə.7)

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır