29 aprel 2011 - 19:30

Rəcəb Tayyib Ərdoğanın 2011-ci il istehsalı olan yeni avtomobili 12 silindrli və 544 at gücündə mühərriklə təchiz olunub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın xidməti avtomobili dəyişdirilib.

Türkiyə KİV-nin verdiyi məlumata görə, əvvələr “Mercedes”dən istifadə elən baş nazir ötən gün “Çankaya köşkü”ndə Milli Təhlükəsizlik Şurasının toplantısına “BMW 760i Long” modelli avtomobillə gedib. Türkiyə prezidenti Abdullah Gül də eyni model avtomobildə gəzir.

Rəcəb Tayyib Ərdoğanın 2011-ci il istehsalı olan yeni avtomobili 12 silindrli və 544 at gücündə mühərriklə təchiz olunub. Maşında yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülüb. Xüsusi zirehlə örtülü avtomobil bioloji silahlara qarşı müdafiə xüsusiyyətinə də malikdir. Bomba partlayacağı təqdirdə, avtomobil yanğının baş verməməsi üçün xüsusi toz buludu yaradır.

Xatırladaq ki, zirehsiz, yəni adi “BMW 760i Long” avtomobilinin qiymtəti 330 min dollara yaxındır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır