Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İşğal rejimi Fələstin müqavimətinin tank əleyhinə raketlər əldə etdiyini öyrəndikdən sonra yeni bir müdafiə strategiyası üzərində işləyir.
Türkiyə mətbuatı İsrail ordusunun Qəzza zolağından atılacaq raketlərə qarşı müdafiə məqsədilə meşə salmağa başladığını yazıb. Fələstin tərəfinin tank əleyhinə raketlərdən istifadə etməyə başladığına əmin olan rejim meşə salma layihəsi ilə müqavimətçilərin müşahidə sahəsini daraltmağı planlaşdırır. Ağacların böyüməsindən sonra baş tutacaq layihəyə 2 milyon dollar məbləğində vəsaitin sərf olunması nəzərdə tutulur.
Digər tərəfdən, bəzi mənbələr İsrail ordusunun Qəzzanın əş-Şəcaiyyə məhəlləsində yerləşən Fələstin şirkətlərinə aid anbarları bombalamağa hazırlaşdığını bildirirlər. Mənbələrin məlumatına görə, belə bir addım İsrailin Qəzza ərazisini müşahidə edən Müşahidə Qülləsinin daha effektiv fəaliyyətini təmin etməkdən dolayıdır.
/timeturk/
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır