21 aprel 2011 - 19:30

Erməni terrorçuları Qaraxanbəyli, Aşağı Ədülrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 21-də saat 11.50-dən 11.55-dək, 19.30-dan 19.45-dək, 00.10-dan 00.20-dək, 00.20-dən 00.30-dək və 01.30-dan 01.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə Qaraxanbəyli, Aşağı Ədülrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

MÜdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır