18 aprel 2011 - 19:30

ABŞ prezidenti Barak Obamadan sünnət şəhadətnaməsi istəyən qanuna veto qoyuldu

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Arizona qubernatoru Jan Brewer, əyalət konqresində qəbul edilən və prezident Obama və digər prezidentliyə namizədlərə 2012-ci il və sonrakı prezident seçkilərində doğum şəhadətnamələrini göstərmək zəruriliyini vacib edən qanuna veto qoyub.

Qanuna görə, əgər namizədlər əyalətin səsverməsində iştirak etmək istəyirsə, doğum şəhadətnamələrini göstərmək məcburiyyətindədirlər. Doğum sertifikatı olmayan namizədlər isə, baptizm sertifikatı, ya da sünnət şəhadətnaməsi (circumcision certificates) ilə də namizədlik üçün müraciəti edə biləcəkdi.

Obamanın Amerikada doğulmadığına və amerikalı olmadığına inanan həddindən artıq mühafizəkar respublikaçıların liderliyində Konqresdən keçən qanun, Respublikaçı qubernatorun imzalaması halında, ABŞda bir ilk olacaqdı. Qubernator Brewer, 'bu qanuna, qanundan çıxdığı üçün" veto qoydum. Brewer, 'Dünyanın ən güclü ölkəsinin prezidenti olacaq şəxsdən sünnət şəhadətnamə istənməsini əsla düşünə bilmirəm", - deyə bildirib.

Obamanın doğum əyaləti olan Havayda, əyalət rəhbərliyi dəfələrlə Obamanın əyalətlərində dünyaya gəldiyini sənədlə göstəriblər. Ancaq mühafizəkarlar və respublikaçılar bu sənədlərə inanmamaqda israrlıdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır