Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İctimai Palatanın liderlərindən olan AXCP sədri Əli Kərimlinin Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) dindirilmə prosesi bitib. AXCP sədrinin sorğu-sualı 8 saatdan çox çəkdi. Belə ki, bu gün saat 11:20-də ifadə vermək üçün idarəyə gələn müxalifət lideri oranı 19:30-da tərk edib.
Xatırladaq ki, AXCP sədrinə Fazil Həsənəliyevin imzası ilə aprelin 16-da saat 11-də Bakı Şəhər Baş Polis İdarəsinə gəlib şahid qismində ifadə verməsi ilə bağlı məktub göndərilmişdi.
Əli Kərimli idarənin qarşısında onu gözəyən jurnalistlər "müstəntiqlərin suallrı əsasən 2 aprel mitinqi ilə bağlı idi. Mən də bütün sualları cavablandırdım".
Əli Kərimli BŞBPİ-ni «Azadlıq» qəzetinin baş redaktoru və mühafizəçiləri birlikdə tərk edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır