10 aprel 2011 - 19:30

Misirin Ali prokurorluğu bu ölkənin sabiq prezidenti və onun övladlarını etirazçılara qarşı sərt siyasət yürütmək və iqtisadi pozğunluqlarla bağlı ittihamlara cavab vermək üçün istintaqa çağırıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Misirin rəsmi informasiya agentliyi aprelin 10-da verdiyi məlumatda bildirib ki, ölkənin ali prokurorluğu sabiq prezident və onun iki oğlunu istintaqa çağırmışdır.

Həmin məlumata görə Misirin sabiq baş naziri Əhməd Nəzif də mali ittihamı ilə həbsdə saxlanılır.

Cümə günü 8 aprel Misir xalqı bir daha Qahirənin Azadlıq meydanına toplaşaraq sabiq prezident və onun ailə üzvlərinin məhkəməyə çəkilməsini tələb edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.