Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bahreyndəki sağlamlıq personalının hökumət güclərinin hücum və təhdidləri nəticəsində xəstəxana və klinikaların nümayişçilərin təyin olunması, həbs olunması və işgəncəyə məruz qalması üçün istifadə edildiyini bildirib. Məlumata görə, Bahreynin əsas xəstəxanalarından olan "Səmaniyə" xəstəxanası hərbi düşərgəyə çevrilib və bu xəstəxanaya gətirilən yaralılar nümayişlərdə iştirak etdiyi üçün döyülür və onlarla pis rəftar olunur.
Qeyd edək ki, Bəhreyn təhlükəsizlik güclərinin və Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmrlikləri əsgərlərinin açdığı atəş nəticəsində yaralanan bəhreynlilər, paytaxtın müxtəlif bölgələrində yerləşən xəstəxanalara gətirildikdən dərhal sonra həbs olunublar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.