Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İctimai Palata (İP) dünən - aprelin 2-də Fəvvarələr meydanında aksiya keçirib. Yüzlərlə müxalifətçi meydana axışaraq “Azadlıq!”, “ İstefa”, “Biz diktator istəmirik” şüarlarını səsləndirib. Keçirilən aksiya ilə bağlı Azərbaycan İslam Partiyasının (AİP) sədri Elçin Manafovdan münasibət öyərəndik və o, təşkil olunan nümayişi xalqın ifadə azadlığı kim qiymətləndirdi. “Bilirsiniz, keçirilən aksiyalar əhalinin narazı olduğunu və camaatın aksiya keçirməkdə israrlı olduğunu ortaya qoyub. Təşkil olunan nümayiş isə əhalinin haqlı etirazı olub. Fikrimcə, aksiya iştirakçılarına qarşı vəhşi rəftar qanunsuzdur və bu, bizi narahat edir. Gərək əslində belə olmayaydı və insanları bu həddə çatıdırmayaydılar. Əgər aksiya iştirakçıları üçün lazım olan tribuna ayrılsaydı, proseslər bu yerə gəlməzdi”-deyə AİP sədri bildirib.
Azərbaycan İslam Partiyasının sədri Elçin Manafov aksiyadan bir gün əvvəl ölkədə tanınmış ruhanilərin, təşkilat sədrlərinin və sadə dindarlarının həbs olunmasına da öz etirazını bildirdi: “Ruhanilərin tutulmasını birmənalı olaraq pisləyirəm və bu, demokratiyanın, insan haqqlarının boğulmasıdır. Ümumiyyətlə ruhanilərin və təşkilat sədrinin gülünc əsaslarla həbs olunması, onların qanunsuz tutulmasının bariz nümunəsidir. Mən həbs olunan şəxsləri şəxsən tanıyıram və onların hansısa cinayət törətdiyini düşünmürəm. Bu üzdən onların saxta əsaslarla həbs olunması qəbuledilməzdir”.
Facebook sosial şəbəkəsində “8 Aprel Qəzəb Cüməsi” adlı qrupun əslində İslam Partiyası fəallarına tərəfindən açılmadığını söyləyən AİP sədri, bu qrupda partiyanın mövqeyi ilə uyğun olmayan fikirlərin yerləşdirilə biləcəyini qeyd etdi. “Mən başa düşürəm ki, ölkədə narazı olan kifayət qədər kütlə var və onların əkəsriyyətini də gənclər təşkil edir. Onlar öz etirazlarını bildirmək üçün sosial şəbəkələrədə aktiv fəaliyyət göstərir və hətta partiyanın mitinq keçirmək istədiyi tarxilə bağlı qrup açıblar. Bu, təqdir olunan və çox xoş haldır. Amma bir şeyi qeyd etmək istəyirəm ki, bu qruplarda partiyanın mövqeyi ilə uyğun olmayan fikirlər səslənə bilər. Buna görə, əvvəlcədən qeyd edim ki, mitinqin keçirilmə məqsədi hakimiyyəti devirmək yox, hakimiyyətə xalqın istəyini çatdırmaqdır”-deyə Elçin Manfov əlavə edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır