Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: həbslər bütün ölkə boyu vüsət almış anti-hökumət nümayişlərinin ardınca həyata keçirilib.
Təhlükəsizlik qüvvələri həbsləri müxalifət nümayişlərinin mərkəzi sayılan Dərada həyata keçiriblər. Habelə paytaxt Dəməşq və onun ətrafında da siyasi fəallar həbs olunub.
Cümə günü keçirilmiş nümayişlər zamanı azı yeddi adam təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Şahidlər hökumət qüvvələrinin nümayişçilərə qarşı gözyaşardıcı qazdan, dəyənəklərdən və odlu silahlardan istifadə etdiklərini xəbər verirlər.
Human Rights Watch təşkilatı Suriyada nümayişlər baş qaldırandan bəri 61 adamın həlak olduğunu təxmin edir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.