1 aprel 2011 - 19:30

Hicab və Hicab Qadağası Məhbuslarının Müdafiə Komitəsi və Azərbaycan Mübariz Ruhaniləri bəyanat yayaraq, dindarların həbs olunmasını pisləyib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün İctimai Palatnın təşkil etdiyi 2 Aprel mitinqindən əvvəl ölkənin iki nüfuzlu ruhanisi və təşkilat sədrlərindən biri sutkalıq həbs cəzasına məhkum olunub. Yerli müxalifətin təşkil etdiyi aksiyalara dindarların qoşulacağından ehtiyatlanan mövcud hakimiyyət, Binə qəsəbəsindən hacı İlham Əliyevi, Sumqayıt şəhərindən seyyid İbrahimi və Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Mehdi Məmmədovu həbs edib. Mövzu ilə bağlı Hicab və Hicab Qadağası Məhbuslarının Müdafiə Komitəsi və Azərbaycan Mübariz Ruhaniləri bəyanat yayraq, dindarların həbs olunmasını pisləyib. Bununla bağlı münasibət bildirən ruhani Tovhid İbrahimbəyli, ruhanilərin həbs olunmasına qanunsuzluq adlandırdı. "Hər üç şəxsin həbs olunması qanunsuzdur və bu insan haqqlarının kobud surətdə pozulması deməkdir. Ruhanilərə bu cür münasibət qəbulolunmazdır. Biz bununla bağlı lazım olarsa məhkəməyə də müraciət edəcəyik"-deyə ruhani bildirib.

    

                                           

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.