Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Sənadan verilən məlumata görə dünən cümə axşamı günü (31 mart) Yəməndə şəhid günü idi. Bu ölkə xalqı Yəmənə hakim kəsilmiş rejimlə mübarizənin davamına təkid edərək, hökumətlə hər hansı bir müzakirəni rəd ediblər. Yəmən xalqı həmçinin mərasimlər təşkil edərək, Ədən, Təəz və Əl-Hodədəydiye şəhərlərində şəhid olanların yad və xatirəsini əziz saxladılar və şəhid ailələri ilə həmdərdliklərini bildirdilər.
Yəməndəki cümə axşam günkü (31 mart) etiraz aksiyaları bu ölkə ordusu hərbçilərinin birgə formada istefa verməsi və xalqa qoşulması ilə yanaşı oldu.
Aralarında Yəmən prezidentinin qızının həyat yoldaşı da olan bu hərbçilər bundan sonra Yəmənin inqilabçı gənclərinin xidmətində olacaqlarını bildiribilər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.