30 mart 2011 - 19:30

Misir ordusu ölkədə keçiriləcək prezident seçkilərinin, sentyabr ayında keçiriləcək parlament seçkilərindən iki ay sonra baş tutacağını açıqlayıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Misirin Ordu Şurasından verilən məlumatda, şəriət qanunlarının əvvəlki kimi Misir konstitusiyasında yer alacağı açıqlanıb. Şura üzvü general Məmduh Şahin tərəfindən ictimaiyyətə təqdim olunan 'Konstitusiya bəyannaməsində', Misirin vətəndaşlıq qanunu təməlində demokratik bir dövlət olduğu göstərilib.

Qeyd edək ki, mətndə İslam dininin Misirin dövlət dini olduğu, ancaq siyasi partiyaların dini əsaslarla fəaliyyət göstərə bilməyəcəyi bildirilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.