27 mart 2011 - 19:30

Misirdə keçiriləcək parlament seçkilər sentyabr ayında baş tutacaq. Bu haqqda hərbi şuranın nümayəndəsi Mahmud Şahin məlumat verib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Keçiriləcək seçkilərin parlament səviyyəsində olacağını bildirən Mahmud Şahin, prezident seçkilərinin vaxtının təyin olunmadığını qeyd edib.

Mahmud Şahin ölkədə fövqalədə vəziyyətin sentyabr ayında keçiriləcək seçkilərindən əvvəl ləğv olunacağını bildirib. Xatırladaq ki, 1981-ci ildən bu günə kimi Misirdə fövqəladə vəziyyət elan olunub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.