Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğanın İraqa iki günlük rəsmi səfəri başlayıb. Baş nazir paytaxt Bağdad şəhərində səfəri çərçivəsində prezident Cəlal Talabani, baş nazir Nuri Əl-Maliki və parlament sədri Usamə Nucəyfi ilə görüşməyi planlaşdırır. Türkiyəli nazir bundan əlavə İraqın ən nüfuzlu alimi sayılan Ayətullah Sistani ilə də görüşməyi planlaşıdırır.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, İraqın Nəcəf şəhərinə gedərək orada seyyid Ayətullah Sistani ilə görüşməyə hazırlaşır. Məlumat üçün bildirək ki, Ayətullah Sistani İraqda ən çox sevilən, hörmət edilən və prezidentdən də böyük nüfuza malik şəxsdir. Bu günlərdə iraqlı alimin məsləhətindən sonra baş nazir Nuri Əl-Maliki nazir postlarında islahatlara start verib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.