23 mart 2011 - 19:30

Almaniya Liviyanın Aralıq dənizi istiqamətindən blokadaya alınması əməliyyatında iştirakdan imtina edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Rusiya KİV-nə istinadən verilən məlumata görə, Almaniya Aralıq dənizində olan Hərbi Dəniz Qüvvələrinə məxsus 550 şəxsi heyəti olan 2 gəmini və 2 sualtı qayığı Liviya sərhədlərindən kənara çəkib. Bununla da Almaniya Liviyada aparılacaq hərbi əməliyyatlarda birbaşa iştirakdan kənara çəkilib. Almaniya Müdafiə Nazirliyinin mətbuat katibi isə qərarla bağlı açıqlamasında bildirib ki, Almaniya istənilən birbaşa hərbi müdaxilənin əleyhinə olduğundan, bu hərbi aksiyada iştirak etməyəcək.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.