Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Əli Abdullah Saleh bazar ertəsi (21 mart) Ərəbistanın hökumət rəsmiləri ilə telefon söhbətində diqqətə çatdırıb ki, öz məsuliyyət və vəzifəsindən uzaqlaşmaq fikrinə düşübdür. Ona görə də Ərəbistan kralından onun bu ölkəyə sığınmasına şərait yaratmasını istəyib.
Qeyd edək ki, Yəməndə diplomatik və siyasi şəxsiyyətlər, eləcə də Yəməndə qəbilə rəhbərlərindən ibarət bir neçə nəfərin kütləvi sürətdə istefaya getməsi hakim partiyada böyük ziddiyyətlərin yaşanmasına səbəb olub.
Hazırda Ərəbistan dünya diktatorlarının əmin-amanlı sığınacağına çevrilib. Bundan qabaq Tunis diktatoru Zeynəlabidin Bin Əli və daxil olan bəzi məlumatlara görə , Misirin diktator prezidenti Hüsnü Mübarək Ərəbistana sığınıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır