17 mart 2011 - 20:30

Aksiya zamanı nümayişçilər səfirliyin qarşısında dəvə quşu yumurtası ilə Səudiyyə rejiminə etirazını bildirib Səudiyyə Ərəbistanı əsgərlərinin Bəhreyndə xalqın etirazını yatırtmaq üçün həyata keçirdiyi qətliam, Türkiyə vətəndaşları tərəfindən etirazla qarşılanıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:"Mazlumder" insan haqqları qurumunun təşkilatçılığı ilə keçirilən aksiya, Səudiyyə Ərəbistanının Türkiyədəki səfirliyi qarşısında baş tutub. Aksiya zamanı nümayişçilər səfirliyin qarşısında dəvə quşu yumurtası ilə Səudiyyə rejiminə etirazını bildirib.

Qeyd edək ki, Türkiyə vətəndaşlarının keçirdiyi aksiya zamanı Səudiyyə Ərəbistanından cinayətlərini dayandırması və Bəhreyn xalqının istəyini nəzərə alması tələb olunub.  Yüzlərlə insanın iştirakı ilə keçirilən aksiyada Kral Abdullah və Obamanın birgə şəkilləri göstərilib, "xainləri unutmayacğıq" şüarları səsləndirilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır