Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:Fransa hökuməti, Liviyaya qarşı hərbi əməliyyatların bir neçə saat ərzində başlayacağını açıqlayıb. Mövzu ilə bağlı ictinaiyyətə məlumat verən Fransa hökumətinin rəsmisi Fransua Baruen, "Hücumlar dərhal, bir neçə saat ərzində başlayacaq"-deyə bildirib.
Qeyd edək ki, fransalı dövlət rəsmisi, Liviyaya hərbi müdaxilənin işğal mənasını vermədiyini və bunun üsyançılara kömək olduğunu söyləyib.
Xatırladaq ki, hərbi əməliyyatın xarakteri barədə hələlik açıqlama verilməsə də, söhbət müxaliflərin qalası olan Binqazi şəhərinə doğru irəliləyən Qəddafi qüvvələrinə qarşı hava zərbələrinin endirilməsindən gedir. Fransadan sonra Norveç hökuməti də hərbi əməliyyata qoşulmağa hazır olduğunu bəyan edib. Danimarka parlamentinin də hərbi əməliyyatda iştirak barədə qərar qəbul edəcəyi gözlənilir
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır