Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yəmənin Təhrir meydanında yaralılara xidmət edən tibb işçiləri bu barədə məlumat veriblər. Xalq nümayişləri başlayandan bu günə kimi Yəmən hakimiyyəti, əksəriyyətinin universitet tələbəsi olmaqla 103 nəfəri öldürüb.
Verilən məlumatda, Abdullah Saleh höküməti nümayişçilərə qarşı İsrail istehsalı olan kimyəvi bombalardan və silahlardan istifadə etdiyi bildirilir. Artıq əhali arasında müxtəlif beyin və bədən xəstəlikləri meydana gəlib.
Orta Şərqdə yerləşən və hər kəsin müsəlman zənn etdiyi hökümət rəhbərlərinin müsəlman olmaması sionist və ABŞ rejimləri müttəfiq olması artıq beynəlxalq aləmdə sual doğurub. Yəmən insan haqqları və azadlıqlarının mərkəzi yaralıların vəziyyətini ağır olduğunu bildiriblər.
Qeyd edək ki, təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün, İsrail istehsalı olan sinir qazı və digər qadağan olunmuş silahlardan istifadə ediblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır