8 mart 2011 - 20:30

Bu gün saat 14-da Bakının Nardaran qəsəbəsində etiraz aksiyası keçirilib. FaktXeber.com-un müxbirin verdiyi məlumata görə aksiyada 150 nəfərə yaxın adam iştirak edib. Aksiyada kənd sakinləri hicab qadağasının həll olunması, şərlənərək tutulan dindarların və siyasi məhbusların tezliklə azadlığa buraxılması və əsasəndə kəndin sosial problemlərinin tezliklə həll olunmasının tələbini səsləndiriblər. İlkin olaraq çıxış edən kənd sakini Mehman Məmmədov Nardaran əhalisinin acınacaqlı biz vəziyyətdə olduğunu bildirib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Mehman Məmmədov  çıxışında  Kənd əhalisinin vəziyyəti həddən artıq ağır vəziyyətdədir. Heç bir yerdə iş yeri yoxdur. Bu qışı kənd əhalisi qazsız keçirib. Biz bilmirik ki, bu deputatlar və bələdiyyə sədrləri nə işə baxırlar. Milli məclisdə bizim hüquqlarımızı müdafiə edən deputat Eldar Quliyev hardadır?  Ancaq seçkidən seçkiyə gəlirlər toyuq düyü paylayırlar vəssəlam. Məgər Nardaran camaatı dilənçidir? Nardaran camaaatı həmişə xums, zəkat verən camaat olub.  Biz hakimiyyətdən heç nə istəmirik. Bizim istəyimiz budur ki, sosial problemlərimizi həll etsinlər  deyə bildirib.

Bundan sonra çıxış edən kənd ağsaqqları şurasını Natiq Kərimov hazır ki, problemlərin bir neçə illərin yığıldığı problemlərin nəticəsi olduğunu bildirib. Natiq Kərimov hakimiyyətin son günlərdə islamafobiya istiqamətində  atdığı addımları tənqid edərək, bu cür halların hakimiyyətin ziyanına qurtaracağını qeyd edib.

Çıxışına davam edən Natiq Kərimov  Hal-hazırda bizim əlimizdə olan imkanlar bizim qanımız və həbslərimiz hesabına əldə olunub.  Bu cür imkanlar  bizim öz gücümüzə əldə olunub. Nəinki hakimiyyətin. And ola Allaha ki, bu problemlərin həllində sabunçu rayon icra hakimiyyəti də acizdir. Bu problemlərin səbəkarları rüşvətxor və özbaşına məmurlarımızdır.

Problemlərimiz təkcə sosial problemlərdən ibarət deyil. Həmçinin son aylarda hakimiyyətin islamafobiya istiqamətində atdığı addımlar heç bir halda qəbul olunmazdır.  Mən özüm İslam Partiyasının 1992-ci ildən üzvüyəm və bununla da fəxr edirəm.  Islam partiyasının funksionerlərinə qarşı atılan addımlar heç bir halda qəbul olunmazdır. O, cür pak və vicdanlı insanlara qarşı atılan böhtanlara bu hakimiyyət nə ad qoyacaq?  Biz bu hakimiyyətdən tezliklə bu problemlərin həll olunmasını tələb edirk. Əks halda bu aksiyalar bütün Azərbaycan kəndlərinə sirayət edəcək.  deyə çıxışını sona çatdırıb. 

Bir saata yaxın davam edən mitinqin sonunda qətnamə oxunub. Qətnamədə kəndin sosial problemləri vurğulanaraq tezliklə həll olunmasını tələb ediblər.  Qətnamənin nüsxəsi prezident aparatına  və bəzi nazirliklərə göndərilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır