4 mart 2011 - 20:30

Qəzzafinin muzdlu əsgərləri ilə üsyançılar arasında Zaviye və Ras Lanuf şəhərlərində baş verən qarşıdurmalar zamanı, üsyançı liderlərdən Həsən Varbok öldürülüb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Liviyanın paytaxtı Tripolidən 50 km qərbdə yerləşən Zaviye şəhəriylə, 660 km şərqdə yerləşən Ras Lanufda əhali ilə Qəzzafi əsgərləri arasında silahlı qarşıdurmalar davam edir. Qəzzafinin muzdlu əsgərləri ilə üsyançılar arasında Zaviye və Ras Lanuf şəhərlərində baş verən qarşıdurmalar zamanı, üsyançı liderlərdən Həsən Varbok öldürülüb. Verilən məlumata görə, Zaviye şəhərindəki qarşıdurmalarda ən azı 13 nəfər həlak olub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır