28 fevral 2011 - 20:30

Şahidlər hər birində 2 tank olan 15 avtoplatformanın 25 kilometrlik Kral Fəhd körpüsü ilə ölkəyə daxil olduğunu görüblər. Kral Fəhd körpüsü Səudiyyə Ərəbistanını bu ada dövləti ilə birləşdirir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: artıq bir neçə həftədir ki, Bəhreyndə hökumət əleyhinə çoxminlik mitinqlər keçirilir. Etirazçıların əsas hissəsi ölkə əhalisinin 75%-ni təşkil edən şiələrdən ibarətdir. Onlar şiələrin hüquqlarının artırılmasını, ölkədə konstitusiyalı monarxiya qurulmasını tələb edirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır