Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Artıq ölkə başçısı Həmd Bin Xəlifə Ali Sani rejimini devirmək istəyən 30-a kimi hərbiçi həbs edilib. Bundan əlavə bir neçə hərbiçiyə ev dustaqlığı verilib.
Qeyd edək ki, Qətər əmirini devirmək istəyən təkcə hərbiçilər deyil, onun yaxın qohum və qardaşları da onu devirmək də maraqlıdırlar. Hazırda kralın qardaşlarından biri onunla müxalifətçiliyinə görə, bir neçə ildir ki, siyasi mühacir kimi Fransada yaşayır. Bundan əlavə sosial şəbəkələrdə mart ayının 16-ı bu ölkə rejiminə qarşı qiyam günü kimi təyin edilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır