25 fevral 2011 - 20:30

Fevralın 25-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun şikayətinə baxıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Fevralın 25-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun şikayətinə baxıb. Vəkil Anar Qasımovun “Turan”a verdiyi məlumata görə, şikayət Nəsimi Rayon Məhkəməsinin AİP lideri barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsindən imtinası ilə bağlı olub: “Apellyasiya instansiyası şikayəti təmin etmədi”.

Yanvarın 7-də saxlanılan partiya lideri haqqında yanvarın 20-də həbs qətimkan tədbiri seçilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır