23 fevral 2011 - 20:30

Nümayişlərin keçirildiyi əraziləri bombalamaq əmri verən Qəzzafiyə etiraz olaraq iki qırıcı təyyarənin pilotu səhrəda katapult ediblər

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Liviyada xalqı bomabalamaqdan imtina edən 2 pilot təyyarədən paraşütlə tullanıb. Təyyarələrin isə Liviya səhralarında qəzaya uğradığı bildirilir. Liviya hava qüvvələrinə aid  təyyarə pilotları Benqazini bombalamaq əmrini rədd edərək, paraşütlə tullanıblar.

Liviyanın "Kurina" qəzetinin verdiyi məlumata görə, Əbdüssəlam əl Abdəli adlı kapitan pilot və onun köməkçisi Əli Ömər Qəzzafi Benqazini bombalama əmrini yerinə yetirməyərək, təyyarəni qəzaya uğradıblar. Özlərinin isə paraşudla təyyarədən tullanıblar. Rusiya istehsalı olan "Sukhoi-22" tipli təyyarənin Benqazi yaxınlığında qəzzaya uğradığı bildirilir.

İsveçin "Expressen" qəzetinin verdiyi məlumata görə, Lİviyanın istefada olan Ədliyyə naziri Mustafa Məhəmməd Əbud Əl Cəlil, 1988-ci ildə Lockerbiedə 270  ölümünə səbəb olan hava hücumunu Qəddafinin şəxsən əmr verdiyini bildirib.

Xatırladaq ki, Mustafa Əbud Cəlil, nümayişçilərə qarşı həakimiyyət tərəfindən tətbiq olunmuş vəhşiliklərə etiraz olaraq öz vəzifəsindən istefa vermişdi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.