Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Liviya lideri xarici mətbuatı "itə" bənzədərək təhqir də edib. Liviya televiziyasına qısa müsahibə verən Qəzzafi, Venesuellada yox, Liviyanın paytaxtı Tripolidə olduğunu qeyd edib. O, "itə bənzər xarici televiziyanın yaydığı yalan məlumatları sübut etmək üçün, Yaşıl meydana toplanmış gənclərlə görüşməyə gedəcəm" deyə bildirib.
Bu arada Liviya dövlət televiziyası Qəzzafini Babul-Əziziyədə yerləşən evindən çıxarkən çəkdiyi videosunu yayımlayıb.Xatırladaq ki, İngiltərə xarici işlər naziri Villiam Hague, Qəzzafinin Cənubi Amerika ölkələrindən olan Venesuellada olduğunu bildirmişdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.