20 fevral 2011 - 20:30

Tunisin devrilmiş prezidenti Zeynəlabidin Bin Əlinin Ərəbistanda infarkt nəticəsində öldüyü iddia olunur.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  France 2 telekanalı ABŞ mənbələrinə istinadən xəbər verir ki, Tunis xalqının qiyamından sonra Ərəbistana sığınan Zeynəlabidin Bin Əli beyin infarktı nəticəsində ölüb.

 

Əl Aləm telekanalı da Vətən internet portalına istinadən bildirir: Bin Əlinin ailəsinə yaxın mənbələr onun koma vəziyyətində olduğunu deyiblər. Deyilənlərə görə, o Ciddə şəhərinin bir xəstəxanasında reanimasiya şöbəsinə köçürülüb.

 

Tunisdə Bin Əli hakimiyyətində qarşı xalq etirazlarının ardınca, o, yanvarın 14-də 23 il hökumətdən sonra Ərəbistana qaçdı.

 

Tunis keçid hökumətinin sözçüsü Təyyib Bekuş 71 yaşlı Bin Əlinin beyin infarktı keçirməsindən xəbərsiz olduğunu söyləyib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.