18 fevral 2011 - 20:30

Liviyada baş verən kütləvi qarşıdurmalar, ölkə başçısı Müəmmar Qəzzafinin yaxınlarını xaricə göndərməsi ilə nəticələnib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Liviyada hökumətin istefasını təlb edən nümayişçilərlə hökümət qüvvələri arasında qarşıdurmalar davam edirə Məlumata görə, təkcə dünən baş verən toqquşmalarda 46 liviya öldürülüb, onlarla şəxs isə yaralanıb.

Liviyanın cənubunda yerləşən Bəyza şəhəri bütünlüklə müxalif qüvvələrin nəzarətinə keçib. Hökümət qüvvələri şəhəri mühasirəyə alıb və Bəyzaya jurnalistlər belə daxil olmasına icazə verilmir.

 

Qeyd edək ki, Liviyada baş verən kütləvi qarşıdurmalar, ölkə başçısı Müəmmar Qəzzafinin yaxınlarını xaricə göndərməsi ilə nəticələnib. Liviya liderinin ailə üzvlərinin konkret olaraq hansı ölkəyə getdiyi məlum deyil.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.