17 fevral 2011 - 20:30

"Yaşıl zona" adlanan ərazidə yerləşən səfirliyə təşkil olan hücum zamanı, ölən və yaralananlar barədə məlumat verilmir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Amerikanın İraqdakı səfirliyinin binasına hücum olub. Naməlum şəxslər dünən Bağdad şəhərindəki səfirlik binasına 3 "Katyuşa" raketi atıb. "Yaşıl zona" adlanan ərazidə yerləşən səfirliyə təşkil olan hücum zamanı, ölən və yaralananlar barədə məlumat verilmir.

Qeyd edək ki, son bir həftə ərzində ABŞ-ın Bağdad şəhərində yerləşən səfirliyinə ikinci hücumdur ki, təşkil olunur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.