Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünən səhər saat 08.00 radələrində Gəncə Dövlət Universitetinin 2 saylı yataqxanasında partlayış baş verib.
Partlayış 5 mərtəbəli binanın 3-cü mərtəbəsində, 5 otaqlı mənzildə baş verib. Partlayış nəticəsində xəsarət alan olmasa da, otaqlar dağılıb. Partlayış dalğası qonşu mənzillərin şüşələrini qırıb. Hadisənin qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.
Faktla əlaqədar Fövqəladə Hallar Nazirlliyinin, hüquq-mühafizə orqanlarının, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.
Qeyd edək ki, Gəncə Dövlət Univbersitetinin 2 saylı yataqxanasında Xocalı şəhərinin Kərkicahan qəsəbəsindən olan məcburi köckünlər məskunlaşıb.
Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır