10 fevral 2011 - 20:30

Nəsimi Rayon Məhkəməsinin barəsində 3 fevral 2011-ci il tarixində qəbul etdiyi qərardan apelyasiya şikəyəti təmin olunmayıb. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçən prsosesdə, məhkəmə Rufullah Axunzadənin həbsini ev dustaqlığı ilə əvəz olunmasından imtina edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan İslam Partiyasının Astara rayon təşkilatının həbsdə olan sədri Rufullah Axunzadənin apelyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. Nəsimi Rayon Məhkəməsinin barəsində 3 fevral 2011-ci il tarixində qəbul etdiyi qərardan apelyasiya şikəyəti təmin olunmayıb. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçən prsosesdə, məhkəmə Rufullah Axunzadənin həbsini ev dustaqlığı ilə əvəz olunmasından imtina edib. Bu barədə Rufullah Axundzadənin vəkili Sadiq Bağırov məlumat verib. Onun sözlərinə görə, məhkəmə prosesi bu gün 12:30-da keçirilib. "Apelyasiya şikayətimiz qəbul edilmədi. Biz Rufullah bəyin həbsdə qalmasının ev dustaqlığı ilə əvəz olunması barədə məhkəməyə müraciət etmişdik. Əfsuslar olsun ki, vəsatətimiz təmin olunmadı"-deyə vəkil Sadiq Bağırov bildirib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyin mətbuat xidmətindən verilən məlumatda, Astara rayon polis şöbəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Rufullah Axundzadənin həyətindəki yardımçı təsərrüfatdan bir ədəd baraban tipli tapança, 4 ədəd nömrəsi silinmiş avtomat, 9 qumbara, 10 alışdırıcı, 2 ədəd 200 qramlıq trotil şaşka, 3 ədəd güllə darağı və 510 ədəd müxtəlif çaplı patron aşkar edilərək götrülüb.

Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır