Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan Ordusunun əsgəri axtarışa verilib. Bu barədə Xəzər rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Əlihəsən İsazadə Cinayət Məcəlləsinin 333.2-ci (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə təqsirli bilinir.
Qeyd edək ki, əskər orduda olan haqsızlığa və zorakılığa etiraz olaraq xidməti yerini tərk etdiyi üçün onun barəsində axtarış elan olunub.
Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır