6 fevral 2011 - 20:30

Nəticədə Cəlilabad rayon sakini, 25 yaşlı Pərviz Hüseynov aldığı ağır xəsarətdən dünyasın dəyişib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan paytaxtında qaz sızmasından partlayış olub, ölən var. Bu barədə Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Hadisə Binəqədi qəsəbəsi, 3-cü mədən ərazisində qeydə alınıb. Həmin ünvanda yaşayış yeri kimi istifadə olunan vaqonda təbii qaz sızmasından yanğına keçən partlayış baş verib. Nəticədə orada məskunlaşmış Cəlilabad rayon sakini, 25 yaşlı Pərviz Hüseynov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Lakin aldığı xəsarət ağır olduğunun onu xilas etmək mümkün olmayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır