Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Nigeriyada xristianlar və müsəlmanlar arasında toqquşmalar fasilələlərlə davam edir. Dünən ölkədə baş verən toqquşmalarda 15 müsəlman öldürülüb. Jos şəhərində çoxu müsəlmanlardan ibarət olan Berom etnik qrupuna mənsub gənclər yollarda barrikadalar quraraq müsəlmanların olduğu avtomobillərin qarşısını kəsiblər.
Müsəlmanları zorla avtomobillərdən endirdikdən sonra atəş açmağa başlayan şəxslər 15 nəfəri öldürüblər. Bauçi şəhərində isə bir kilsədə partlamamış bomba tapılıb.
Qeyd edək ki, keçən aydan bəri ölkədə 200 nəfərin öldüyü bildirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır