27 yanvar 2011 - 20:30

Moskva şəhərində yerləşən Azərbaycan səfirliyinin qarşısında icazəli piket keçirilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gun səhər saat 11:00 radələrində Rusiyada yaşayan soydaşlarımız Moskva şəhərində yerləşən Azərbaycan səfirliyinin qarşısında icazəli piket keçirib. Qanunvericilkdə bu ərazidə 15 nəfərdən artıq insanın toplaşmasına icazə verilmədiyinə görə, pikətdə soydaşlarımızdan yalnız 15 nəfər iştirak edib. Piketdə hicab qadağası və insan haqlarının pozulması ilə əlaqədar müxtəlif şuarlar yazılmış plakatlar nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycanda orta məktəblərdə hicabın qadağan olunmasına və ruhanilərin həbs olunmasına etiraz əlaməti olaraq, Moskva şəhərində yaşayan soydaşlarımız növbəti piket keçirməyə hazırlaşır. Növbəti piketin fevral ayının 4-də səfirliyin qarşısına keçirilməsi nəzərdə tutulur. Bundan əlavə Moskvada yaşayan soydaşlarımız yaxın günlərdə icazəli kütləvi mitinq də keçirmək niyyətindıdir. Azərbaycandakı islamofobiyaya etiraz olaraq keçiriləcək mitinqdə, yüzlərlə azərbaycanlı soydaşımızın iştirak etməsi gözlənilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır