Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Daxili işlər naziri general-polkovnik Ramil Usubov “Azərbaycan” qəzetinin 28 yanvar sayına geniş müsahibə verib. Müsahibə zamanı jurnalist İxtiyar Hüseynli ölkədə baş örtüyü məsələsi ətrafında yaranmış vəziyyətə, bu məsələdən sui-istifadə edib dini durumu gərginləşdirmək, ictimai sabitliyi pozmaq istəyənlərin olması barədə ekspertlərin dediklərinə də nazirin rəyini öyrənib.
Ramil Usubov bildirib ki, aidiyyəti dövlət orqanları bu gün də vətəndaşların dinc həyatını təmin edən siyasətin keşiyində sayıqlıqla durublar: “Gizli deyil ki, müstəqilliymizi istəməyən, Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsindən əndişələnən müəyyən xarici qüvvələr və onların daxildəki əlaltıları dövlətimizi sarsıtmağın yeganə yolunu sabitliyi zəiflətməkdə görürlər. Amma unudurlar ki, bu sabitlik xalqın məhz Heydər Əliyev siyasi kursuna sədaqəti və prezident İlham Əliyevin uğurlu fəaliyyətinə dəstəyi əsasında mövcuddur. Respublikamızda ictimai-siyasi sabitliyin gücü xalqın öz prezidentinə etimadı ilə müəyyənləşir. Bu etimad isə ən yüksək səviyyədədir! Demək, heç bir qüvvə Azərbaycanda sabitliyə xələl gətirə bilməz! Şübhəsiz ki, nailiyyətlərimiz artdıqca, ölkəmiz daha da inkişaf etdikcə bədxahlarımız da yerlərində dayanmır, müxtəlif məkrli ssenarilər üzərində baş sındırırlar. Ancaq antiazərbaycançı şəbəkə bilməlidir ki, onun dövlətimizə və xalqımıza qarşı yönəlmiş hər bir bədnam planı həmişə olduğu kimi, bundan sonra da uğursuzluğa düçar olacaq.
Bununla belə, mövcud demokratik şəraitdən sui-istifadə edən bir sıra yerli radikal dini qruplar xarici havadarlarının təhriki ilə ölkəni sivil, dünyəvi inkişaf yolundan döndərməyə cəhdlər göstərirlər. Lakin respublikanın hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının sayıqlığı nəticəsində bu əməllər və məkrli niyyətlər ifşa olunub və müvafiq tədbirlər davam etdirilir. Xüsusi vurğulamaq istərdim ki, çox təhlükəli və zərərli meyil olan dini ekstremizmə, radikalizmə qarşı mübarizədə bütün əməkdaşlarımız diqqətli və sayıqdırlar. Aidiyyəti dövlət orqanları bu cür təzahürlərin yayılmasına, ölkədə sabitliyi pozmaq cəhdlərinə imkan verməyəcəklər.
Bu mövzuda son vaxtlar ölkəmizdə geniş ictimai müzakirələr açılır. Sevindirici haldır ki, vətəndaşlarımız baş örtüyü məsələsi ilə bağlı əsl həqiqəti yaxşı anlayır. Problemin məğzini və haradan qaynaqlandığını dərk edir. Fürsətdən istifadə edərək, bu barədə öz vətəndaş mövqeyimi də bildirmək istərdim. Azərbaycan yüksək islami dəyərləri təməl mənəvi prinsiplər kimi qəbul edən ölkədir, eyni zamanda, dini tolerantlığın bütün dünya miqyasında ən mükəmməl örnəklərindən biridir.
Həmçinin bu gün mədəniyyətlərin, dinlərin, o cümlədən konfessiyaların dinc yanaşı yaşadığı, qarşılıqlı anlaşmasının yüksək səviyyədə olduğu bir dövlətdir. Ölkəmizdə hər hansı bir dinin təmsilçisinə onun inancının buyurduğu dini ayinləri icra etməyə, libası geyməyə maneə yoxdur. Bu mənada, qadın və qızlarımız da baş örtüyündən istifadədə sərbəstdirlər və buna hansısa qadağa yoxdur. Amma bu cür etiqad azadlığının hökm sürdüyü mütərəqqi mühiti gözü götürməyənlər indi yeni bir iddia ortaya atıblar: orta məktəblərin qız şagirdləri dərsə baş örtüyü ilə gəlməlidir. Belə yanaşma dünyəvi, sivil cəmiyyətə xas dəyərlər baxımından yolverilməzdir. Orta məktəb şagirdləri üçün vahid geyim forması müəyyən edilib. Kim öz övladının başını örtmək istəyirsə, məktəbdən kənarda, məişətdə, evində bunu icra edə bilər.
Azərbaycan qadınına məcburən baş örtüyü bağlatmaq istəyənlər heç onların fikrini soruşurlarmı, mövqeyini öyrənirlərmi? Nədən valideyn iradəsinə tabe olan, hələ müstəqil şəxsiyyət kimi tam formalaşmamış yeniyetmə qızları elmə və cəmiyyət həyatında daha faydalı olmağa yox, əksinə cəhalətə, iki-üç əsr öncəki duruma, geriyə sürükləyirlər? Azərbaycan qadını öz seçimini edib: azad və müstəqil olmaq, öz potensialını xalqın, dövlətin inkişafına yönəltmək. Müasir Azərbaycanda qadının rolu, cəmiyyətdəki mövqeyi daha yüksəkdir və onun azadlığının, tamhüquqlu vətəndaş olma haqqının real təminatı var. Bu gün Azərbaycan qadını öz yüksək mənəvi keyfiyyətləri, ailəsinə bağlılığı, şərəfi, qüruru, namusu ilə milli iftixarımızdır. Onun ölkəmizin ictimai-siyasi həyatında, elmdə, təhsildə, mədəniyyətdə və digər sahələrdə rolu danılmazdır.
Digər tərəfdən, mənəviyyat, əxlaq heç də zahiri görünüşlə müəyyənləşmir. Biz daha çox insanların, xüsusən də yeniyetmələrin və gənclərin daxili dünyasının, mənəviyyatının zənginləşməsinə, milli dəyərlərə uyğunlaşmasına önəm verməliyik. Fikrimcə, bu mövzulara həmçinin din xadimləri xüsusi diqqət ayırmalıdırlar. Onlar həm də vətəndaşlarımızın mövhumatdan, cəhalətdən, ekstremizm və radikalizmdən uzaqlaşmasına çalışmalı, dinimizin əsl mahiyyətinin təbliğinə səy göstərməlidir”.
Ramil Usubovun Duqqət nəzərinə!
Ramil müəllim verdiyiniz müsahibənizdə olduqca paradokslu cümləlr olmasına baxmayaraq sadəcə bir neçəsini cavablandırıram.
Bəli bugün Azərbaycanın süverenliyini istəməyən və onun dağılmasında səylər göstərən, ümumilikdə SİONİST qüvvələri, Ermənistan, Rusiya və ABŞ-dır. Bu qüvvələr Azərbaycanın çiçəklənməməsindən ötrü hər bir variant əl atırlar hətta Azərbaycanın Konsututsiyasına zidd olan, qanunsuzluğa qanun ünvanı verərək öz əl-altıları tərəfindən dövlət səviyyəsində həyata keçirdir və xalqı zorla qiyam meydanına sürükləyirlər.
Ramil müəllim qəribə burasıdır ki, qeyri dini mütəxəssislərin hammısı dini atributlar barədə nəzərlərini irəli sürərək onu din ünvanında qələmə verirlər lakin dini mütəxəssislərin rəyinə gəldikdə isə heç ona belə əhəmiyyət vermirlər. Misal üçün Dövlətinizin Şeyxi bu barədə "Turan"a ifadə edərkən qəti rəyini bildirmişdir: “Hicab məsələsi müzakirə obyekti deyil, bu, Allahın əmridir və ona əməl olunmalıdır”. A.Paşazadə hicabın dinin atributlarından biri olduğuna diqqət çəkərək, buna əməl olunmasının vacibliyini söyləyib. Onun geyilməsinə gəldikdə, Şeyxülislam hicabın məktəb forması ilə uzlaşmasına diqqət çəkmişdir: “Hicabın olub-olmaması yox, onun hansı şəkildə olması müzakirə edilə bilər”, - deyə QMİ sədri bildirmişdir. Amma siz isə tam sürətdə onun sözlərinin əksini vurğulayırsız!
Ramil müəllim deyin görüm 100- il bundan öncə yazılmış tarixinizi oxuya bilirsiz? Narahat olmayın mən cavab verərəm: “Xeyr”!
Amma bir sadə erməni isə özünün 1000 il bundan öncə yazıldığı tarixini oxuyub təhlil edə də bilir! Bilirsiz bunun səbəbi nədir? Yenə narahat olmayın cavabın özüm verirəm: Səbəbi Azərbaycan xalqı süverenliyini əldə etdiyi andan bəri dövlət siyasətinin yanlış aparılması xüsusəndə 2000-ci ildə (ana əifbavızın Əski əlifbanın əvəzinə) qondarma Latın əlifbasının qüvvəyə minməsidir. Baxın görürsünüzmü ki, sizi kökünüzdən, azərbaycanlığınızdan uzaqlaşdıran və əcnəbilərə tərəf sövqləndirib xristianlaşdıranlar özləri sizin əsil düşmənlərizdir!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır