26 yanvar 2011 - 20:30

DAK İrandan Azərbaycanın daxili işlərinə qarışmağa son qoymağı tələb edib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyi bəyanat yayıb. DAK mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda İranın son vaxtlar Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq cəhdləri pislənilib: “İran Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərinə qarşı hərəkətlərinə son qoymazsa, Dünya Azərbaycanlıları Konqresi İranın Azərbaycan Respublikasındakı səfirliyinin binası qarşısında davamlı etiraz aksiyalarına başlayacaq”.

DAK-ın nəzərinə! İİR-sının sizn nənələrinizin milli geyimi olan və Azərbaycan xalqının milli və mənəvi dəyərlərindən sayılan HİCAB mentalitetinizin qorunub saxlanmasına təşəbbüskeşlk göstərməsi nə vaxtdan “Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərinə qarşı hərəkət” kimi hesab edilir!?

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır