Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terrorlar, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı Azərbaycan Hərbi Prokurorluğunda həmin cinayət əməlləri Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilib.
Bu barədə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bu gün keçirilən kollegiya iclasında məlumat verib. X. Vəliyev bildirib ki, iş üzrə 287 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib və həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır