Vətəndə bu zülmə məruz qalmış Vətənin hacı Mövsüm, hacı Zülfüqar, hacı Azər və hacı Fəxri kimi digər alim, mömin, qeyrətli və imanlı oğlanlarının haqlarını var qüvvəmizlə müdafiə etməli və onların azadlığa çıxmasını tələb etməliyik 

Bir aya yaxındır ki, ölkəmizdə dinə, din alimlərinə və dindarlara qarşı represiyalar davam edir. İlk günlərdə hamı təccüblənir ki, “belə olmaz, dövlət və dövlət məmurları öz müsəlman xalıqna qarşı bu cür hərəkətlərə yol verməz!” Amma, bu xam xəyallar və ehtimallar hamısı boşa çıxdı. Dövlət məmurları vətənin doqquz şəhərini işğal etmiş düşmənlərini sevindirəcək bir addım və planla başladı, nəinki dini, din alimlərini və dindarları həbs etsin, incitsin və olmazın əziyyətlərə məruz qoysun, bəlkə də hazırdılar ki, kimliyindən asılı olamayaraq, bu haqsızlıqlara və məmur özbaşnalığı və sifarişlərə qarşı ağzını açan hər bir müsəlman vətəndaşın da başına olmazın oyunlar açsınlar. Demək, artıq Vətən bizim üçün KƏRBƏLA MEYDANINA çevrilib. Daha doğrusu, dövlət və dövlət məmurları qəsdən bu səhnələri hazırlayıblar ki, Vətən, müsəlman xalq üçün belə bir meydana çevrilsin.

Bu vəziyyətdə İmam Hüseyn (əleyhissalam) və Onun pak Əhli-Beyti (ə), Kərbala karvanı yada düşür. İndi tam qətiyyətlə demək olar ki, tarix təkrarlanır və biz müsəlmanlar yenə də Allah-təalanın dərgahında imtahandan keçirik. Tarixdə var ki, İmam Hüsyen (ə) yol boyu çoxlarını sınaqdan çıxartdı. Hətta, bəzən ona qarşı düşmən kimi tanınanları da sınaqdan çıxardı. Tarix göstərir ki, çox az müsəlmanlar bu sınaqdan alnı açıq, üzü ağ çıxdılar. Bəzən ilk günlərdə düşmən kimi görünənlər (Hürr ibni Riyah) aqibəti xeyirlə qurtarır və Kərbla şəhidlərindən olur. Əbədi və xoşbəx bir həyata qovuşur. Ən başlacası isə, həm dünyada və həm də axirətdə İslam Peyğəmbərinin (s) və Əhli-Beytinin (ə) yanında üzü az alnı açıq olurlar. Tarixdə var ki, bir nəfar İmam Hüseynə (əleyhissalam) öz atı ilə köməklik etmək istədi, amma özü qorxdu. İmam (ə) onun atını özünə qaytarıb, bu səhradan imkan olduqca uzaqlaşmasını istədi və buyurdu: “Cəddimdən eşitmişəm ki, hər kəs biz Əhli-Beytin (ə) köməyə çağırış səsini eşitsə və köməyə gəlməsə, ümmətindən deyil!” Çoxlarımız Aşura günü mənbərlərədə bu şüarı tez-tez eşidirik:

“KAŞ BU GÜN BU DƏMDƏ, OLAYDIM KƏRBƏLADƏ!

ALAYDIM HÜSEYN QANIN, ÖLƏYDİM KƏRBƏLADƏ!”

Nə gözəl şüar! Nə gözəl arzu! Nə gözəl aqibət! Bir aya yaxındır ki, vətənimizin ən pak və təmiz qəbli insanların müxtəlif təhqir, böhtan, həbslər və işkəncələrlə zindanlarda və evlərində incidirlər. Ailələrinin və balalarının gözlərini ağlar qoyublar. Çoxlarınmıza bu hadisələr bəlkə də yuxu kimi görünür. Bəzilərimiz hadislər acı nəticə ilə qurtardıqdan sonra ayılacaq və bəlkədə peşiman olacaq. Minbərlərdə danışanda minbəri sirkələyən və az qala durub Kərbəlaya getməyə hazır olmaq istəyənlər üçün ən yaxşı firsət ələ düşüb. İmam Hüsyen (ə) aşiqlərini hicabı, haqqı və dini müdafiə etdiklərinə görə bu gün vətənimizdə olmazın bəlalara və əziyyətlərə düçar ediblər. Bütün bu haqsızlıqlara qarşı səs qaldırmaq, qışqırmaq, fərayd etmək və haqsızlığa son qoymağı tələb etmək lazımdır. Gözləmə və intizar çəkməklə, həm fürsət və həm də imanımızı əldən verə bilərik. Tarixdə təvvabininləri (tövbə edənləri) göz önünə gətirmək yaxşı olardı. Zülm olunmuş müsəlman xalqın fəryad çəkməyə Allah-taala tərəfindən icazəsi və haqqı var. Quran bunu əmr edir, zülm olunmuş fəryad çəkə bilər. Quranda oxuyuruq: “Allah (başqalarının) pis hərəkətlərinin açıq (ucadan) deyilməsini (fəryad çəkməsini) sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşidəndir, biləndir!” (Nisa surəsi 148) 

Vətəndə bu zülmə məruz qalmış Vətənin hacı Mövsüm, hacı Zülfüqar, hacı Azər və hacı Fəxri kimi digər alim, mömin, qeyrətli və imanlı oğlanlarının haqlarını var qüvvəmizlə müdafiə etməli və onların azadlığa çıxmasını tələb etməliyik. Onalara atılan bütün bu quru böhtanların ləğv olunmasını isətəməliyik.

Allah-taala Quranda hər bir iman əhlinin müxtəlif sınaq və imtahandan çıxacağına çoxlu ayələrdə işarə edib. İlk əvvələdə Quran buyrur ki, heç vaxt nə ölümdən qorxun və nə də müxtəlif bəhanələrlə ölümdən qaçmağa çalışın. Quranda bu haqda oxuyuruq: “(Ya Peyğəmbər) de: "Əgər ölməkdən, yaxud öldürülməkdən (qorxub) qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. (Qaçsanız belə, dünyada) ancaq az bir müddət dolanıb-keçinərsiniz.” (Əhzab surəsi 16) 

Deməli, insan harda və hansı vəziyyətədə olmasından aslı olmayaraq haçansa ölümlə üzləşməlidir. Haqq yolunda, Vətən yolunda, zülmlə mübarizədə ölmək və şəhid olmaq, Quran və Əhli-Beyt (əleyhimussalam) məktəbində ən böyük feyz və iftixardır. Hətta, düşmənə qarşı ən ağır döyüşlərdə belə Allah-taala iman əhlini sınaqdan çıxarır və onlara məhkəm olmağı və Allaha təvəkkül etməyi əmr edir. Qurana bu haqda oxuyuruq: “Məhz onda (Xəndək vuruşunda) mö’minlər imtahana çəkilmiş (kimin həqiqi mö’min, kimin münafiq olduğu bəlli olmuş) və möhkəm sarsılmışdılar.” (Əhzab surəsi 11) Sonra Allah-taala buyurur ki, belə imtahanlarda münafiqlər və imanı zəif olanlar  daha çox özlərini büruz etdirir. Quranda oxuyruq: “O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: "Allah və Onun peyğəmbəri bizə yalan və’d etmişdir. (Biz zəfər çala bilməyəcəyik)" - deyirdilər.” (Əhzab surəsi)

Yenə də Allah-taala başqa bir surədə imanlı şəxslərin imtahandan çıxmadan hansısa bir məqama çata bilməyəcəklərinə işarə edərək buyurur: “(Ey mö’minlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş Behiştə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: "Allahın köməyi nə vaxt gələcək?" - demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır!” (Bəqərə surəsi 214)

Bəs, sən demə bu gün bizim hamımız Vətəndə imtahan meydanındayıq. Din, iman və vətən qorunmalıdır, vətənin alim və pak insanları qorunmalıdır. Hər kimin öz səviyyəində sözü və əməli olmalıdır. Susmaq və evdə oturmaqla imtanhan vermək olmaz. Deməli hər birimiz bütün bu hadisələrə münasibətdə Allah-taala dərgahında möhkəm əsaslarla sorğu-sual olunacayıq. Allah-taala o gündə bizim üzümüzü bu günkü mövqeyimizə və əməllərimizə görə qara etməsin inşallah! O kəslərdən olmaq lazımdır ki, dinin, imanın və vətənin qorumağa hər zaman hazır olanlar haqqında Quranda Allah-taalanın buyurduğu  bu ayə bizlərə də aid olsun: “Mö’minlər içərilərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər ki, Allah (bununla) doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!”  (Əhzab surəsi 23,24)

Faiq Vəlizadə